Bakı. Trend:
Qəbələ rayonunun Yenikənd kəndində "Chevrolet" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.