...

Saatlı sakinindən odlu silah götürülüb

Hadisə Materials 7 Aprel 2021 16:51 (UTC +04:00)
Saatlı sakinindən odlu silah götürülüb

Bakı. Samir Əli - Trend:

Saatlı rayon sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mollavaizli kənd sakini Ziyafət Ağayarovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti