...

Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb

Hadisə Materials 12 Aprel 2021 13:12 (UTC +04:00)
Cəlilabad və Masallıda koronavirus xəstələri saxlanılıb

Bakı. Samir Əli - Trend:

Masallı şəhər sakini İ.Hüseynliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Lakin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxs şəhər ərazisindəki parklardan birində aşkar edilib və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Cəlilabadda isə şəhər sakini, COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilmiş Ə.Tomarovun yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxs ictimai yerdə aşkarlanıb və tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti