...

Siyəzəndə gənc qız kanalda batıb

Hadisə Materials 13 Aprel 2021 08:55 (UTC +04:00)
Siyəzəndə gənc qız kanalda batıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN ) "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində 2003-cü il təvəllüdlü Xalıqova Aysel Aydın qızının batması barədə məlumat daxil olub.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A. Xalıqovanın meyiti kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti