...

Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Hadisə Materials 17 Aprel 2021 18:38 (UTC +04:00)
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı

Bakı. Trend:

Nizami rayonu Nəsimi küçəsi 28 ünvanında ağacların kəsilərək tikinti işlərinin aparılması barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xidmətin rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, sözügedən ünvanda tikinti məqsədilə qazıntı işlərinin aparıldığı və 2 ağacın kəsildiyi məlum olub.

“Araşdırma zamanı ərazinin qeyri-yaşayış obyektinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş Cavanşir İsmayılova verildiyi müəyyən edilib.

Faktla bağlı C.İsmayılov barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə hazırda müvafiq işlər aparılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti