...

Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib

Hadisə Materials 7 May 2021 11:23 (UTC +04:00)
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, həmçinin Nərimanov rayonunda beşmərtəbəli binanın fasad daşlarının yerə tökülməsi ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti