...

Samuxda 3 otaqlı ev yanıb

Hadisə Materials 13 May 2021 20:56 (UTC +04:00)
Samuxda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Samux rayonunda ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Qarabağlar kəndində ümumi sahəsi 72 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə, 1 otağının tavanı 20 m² sahədə və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti