...

Meşədə 3 ton çətənə kolu məhv edilib (FOTO)

Hadisə Materials 24 May 2021 10:51 (UTC +04:00)
Meşədə 3 ton çətənə kolu məhv edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Qaxda meşə massivində yabanı halda bitən 3 ton çətənə kolu məhv edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə,“Xaş-xaş 2021” şərti adı altında Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Fıstıqlı və Əlibəyli kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin kəndlərin ərazisindəki meşə massivindən ümumilikdə çəkisi 3 tona yaxın olan 14550 ədəd çətənə kolu polislər tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti