...

Bakıda həyat yoldaşını qətlə yetirən hakim həbs edildi

Hadisə Materials 1 İyun 2021 18:37 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Trend-in məlumatına görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib. F. Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə mayın 30-da gecə saatlarında paytaxtın Sabunçu rayonu, Ləhic bağları adlanan ərazidə qeydə alınıb.

Bakı şəhər sakini Fəqan Əhmədov odlu silahla həyat yoldaşı Pərvanə Əhmədovanı qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Fəqan Əhmədov Sabunçu rayon Məhkəməsinin hakimi olub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti