...

Gömrükdə saxlanılan avtomobillərdə qanunsuz dərman və siqaretlər aşkarlanıb (FOTO)

Hadisə Materials 22 İyun 2021 11:27 (UTC +04:00)
Gömrükdə saxlanılan avtomobillərdə qanunsuz dərman və siqaretlər aşkarlanıb (FOTO)

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "Mercedes -Benz" və "İveco" markalı nəqliyyat vasitələri saxlanılıb və sürücülər şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildiriblər.

Gömrük baxışı zamanı avtomobillərin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən 3229 həb və 363 ədəd müxtəlif adda dərman preparatları, 2600 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti