...

Goranboyda yabanı çətənə kolları məhv edilib (FOTO)

Hadisə Materials 25 İyun 2021 09:36 (UTC +04:00)
Goranboyda yabanı çətənə kolları məhv edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

Goranboyda yabanı halda bitən çətənə kolları məhv edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Goranboy rayon Mənəşli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 3000 kiloqram olan, 4800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti