...

Tailandda zavodda güclü partlayış olub, xeyli sayda yaralı var

Hadisə Materials 5 İyul 2021 08:55 (UTC +04:00)
Tailandda zavodda güclü partlayış olub, xeyli sayda yaralı var

Bakı. Trend:

Tailandın Samutprakan əyalətində yerləşən zavodda güclü partlayış baş verib.

Trend-in məlumatəna görə, kimyəvi zavod penoplast istehsalı üzrə fəaliyyət göstərib.

Bildirilir ki, hadisə baş verən ərazidə 6 anbarda 50 ton kimyəvi maddə saxlanılıb. Partlayışdan sonra baş verən yanğın zavodu külə döndərib. Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.

Yanğınla mübarizə üçün 30 yanğınsöndürən maşın cəlb edilib. 5 kilometr ətraf məsafədə yaşayan sakinlərə təkrar partlayışlardan ehtiyatlanaraq təxliyə göstərişi verilib.

Hadisənin səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti