...

Bakıda futbolçuların mobil telefonu oğurlandı

Hadisə Materials 8 İyul 2021 15:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakıda futbol komandasının üzvlərinin mobil telefonu oğurlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti