...

Abşeronda bir nəfər dənizdə batıb

Hadisə Materials 20 İyul 2021 08:58 (UTC +04:00)

Bakı. Tredn:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğlunun batması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti