...

Gədəbəydə 17 yaşlı şəxs elektrik cərəyanının vurması nəticəsində ölüb

Hadisə Materials 26 İyul 2021 14:23 (UTC +04:00)
Gədəbəydə 17 yaşlı şəxs elektrik cərəyanının vurması nəticəsində ölüb

Bakı. Trend:

İyulun 25-i saat 18 radələrində Gədəbəy rayon, Novosaratovka kənd sakini 2004-cü il təvəllüdlü Ceyhun Paşayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ceyhun Paşayev yaşadığı kənddə Gədəbəy Telekommunkasiya Qovşağına məxsus taxta materialdan olan rabitə dayağının üzərinə bərkidilmiş məftildən tutarkən elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti