...

Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Hadisə Materials 3 Avqust 2021 03:19 (UTC +04:00)
Rusiyada qasırğa nəticəsində 3 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Bakı. Trend:

Rusiyada bir uşaq da daxil olmaqla üç nəfər qasırğanın qurbanı olub.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində daha 8 nəfər yaralanıb.

"Tver bölgəsində baş verən qasırğa nəticəsində aralarında biri uşaq olmaqla üç nəfər həlak olub. Daha 8 nəfər yaralanıb", - məlumatda deyilir. Qasırğa nəticəsində ən azı 90 ağacın düşdüyü qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti