...

Ötən gün ölkədə 103 yanğın olub, 6 nəfər xilas edilib

Hadisə Materials 19 Avqust 2021 11:52 (UTC +04:00)
Ötən gün ölkədə 103 yanğın olub, 6 nəfər xilas edilib

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 103 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edilib. Həmçinin, Bakı şəhəri Yasamal rayonunda mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı Stepanova Asya Konstantinovnanın meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti