...

Abşeronda evdə yanğın baş verib

Hadisə Materials 5 Sentyabr 2021 19:44 (UTC +04:00)
Abşeronda evdə yanğın baş verib

Bakı. Trend:

Abşeron rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Saray qəsəbəsində ümumi sahəsi 100 m² olan birmərtəbəli evin döşəməsi 6 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin və hamam otağının lambirindən ibarət tavanı 25 m² sahədə əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti