...

Xəzərdə batan 25 yaşlı gəncin meyiti tapılıb

Hadisə Materials 6 Sentyabr 2021 11:44 (UTC +04:00)
Xəzərdə batan 25 yaşlı gəncin meyiti tapılıb

Bakı. Trend:

Xəzərdə nəzarətsiz ərazidə batan 25 yaşlı gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 5-də Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batan 1996-cı il təvəllüdlü Qafarov Kənan Vüqar oğlunun axtarışları başa çatıb.

K.Qafarovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti