...

Bakıda ikimərtəbəli ev yanıb, ev sahibi və gəlini xəsarət alıb

Hadisə Materials 14 Sentyabr 2021 19:53 (UTC +04:00)
Bakıda ikimərtəbəli ev yanıb, ev sahibi və gəlini xəsarət alıb

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin (hər mərtəbəsi 120 m²) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı ev sahibi yanıq xəsarəti, gəlini isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti