...

Bakıda maşın, Balakəndə ev yanıb, xəsarət alan var

Hadisə Materials 18 Sentyabr 2021 17:56 (UTC +04:00)
Bakıda maşın, Balakəndə ev yanıb, xəsarət alan var

Bakı. Trend:

Balakən rayonunun Sarıbulaq kəndində ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları yanıb.

FHN-dən Trend-ə bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Xətai rayonunda isə "Audi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti