...

Əsgərimizin minaya düşməsi xəbəri yalandır - Müdafiə Nazirliyi

Hadisə Materials 21 Sentyabr 2021 15:38 (UTC +04:00)
Əsgərimizin minaya düşməsi xəbəri yalandır - Müdafiə Nazirliyi

Bakı. Trend:

Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata Müdafiə Nazirliyi münasibət bildirib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib: "Nazirliyin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur.

Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti