Bakı. Trend:
Daxili İşlər Nazirliyinin ″102″ Zəng Mərkəzinə Mingəçevir şəhəri Energetiklər yaşayış massivindəki çöllük ərazidə silah-sursat olması barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Şəhər Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə baxış keçirib.
Oradan 823 ədəd avtomat və 31 ədəd iri çaplı pulemyota məxsus güllələr, eləcə də 3 ədəd müxtəlif təyinatlı əl qumbarası aşkarlanıb. Təhlükəsizlik tədbirləri də görülməklə aşkarlanmış silah-sursat ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.