...

Gecə yarısından sonra fəaliyyət göstərən kafe cərimələnib

Hadisə Materials 2 Noyabr 2021 16:34 (UTC +04:00)
Gecə yarısından sonra fəaliyyət göstərən kafe cərimələnib

Bakı. Samir Əli - Trend:

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Alça bağı” kafesinin karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, protokol tərtib edilərək cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti