...

Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var

Hadisə Materials 2 Noyabr 2021 17:43 (UTC +04:00)
Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu ərazisində “Fiat” markalı minik avtomobilinin “КаmАZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan “Fiat” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti