Bakı. Trend:
Masallı şəhərində ümumi sahəsi 450 m² olan binada mebel sexinin qurutma otağında mebel aksesuarları 8 m² sahədə və dam örtüyünün şüşə-pambıq üzlüyü 80 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
XXX
19:01
Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Trend FHN-ə istinadən xəbər verir.
XXX
18:29
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən mebel fabrikində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən xəbərə görə, məlumat qəbul edilən kimi FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli binanın birinci mərtəbəsindədir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.