...

Qaradağda daş karxanasında işləyən maşinist mühərrikə ilişərək ölüb

Hadisə Materials 15 Noyabr 2021 15:41 (UTC +04:00)
Qaradağda daş karxanasında işləyən maşinist mühərrikə ilişərək ölüb

Bakı. Samir Əli - Trend:

Noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti