...

Mal-qara otaran Ağdam sakini minaya düşərək ölüb (FOTO)

Hadisə Materials 15 Noyabr 2021 18:49 (UTC +04:00)
Mal-qara otaran Ağdam sakini minaya düşərək ölüb (FOTO)

Bakı. Samir Əli - Trend:

Ağdam sakini minaya düşərək həlak olub.

Trend bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, hadisə bu gün saat 17 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini, 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerindəcə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti