...

Aİ-yə daxil olmaq istəyən 75-dən çox miqrant dənizdə boğularaq ölüb

Hadisə Materials 21 Noyabr 2021 05:04 (UTC +04:00)
Aİ-yə daxil olmaq istəyən 75-dən çox miqrant dənizdə boğularaq ölüb

Bakı. Trend:

Avropa İttifaqına qayıqla getmək istəyən 75-dən çox qaçqın Liviya sahillərində Aralıq dənizində boğulub.

Trend-in məlumatına görə, bu barədə Liviyanın Beynəlxalq Miqrasiya Təşkilatı öz "Twitter" səhifəsində bildirib.

15 nəfərin balıqçıların köməyi sayəsində xilas olunduğu bildirilib. Onlar Liviyanın Zuvara şəhərinə gətirilib.

Təşkilatdan bildirilib ki, son faciə nəticəsində bu il Mərkəzi Aralıq dənizində 1300-dən çox insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti