...

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Hadisə Materials 24 Noyabr 2021 09:45 (UTC +04:00)
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Bakı. Fərid Zöhrabov - Trend:

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Trend xəbər verir ki, Noyabrın 23-də polis əməkdaşları tərəfindən respublika ərazisində 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti