...

Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR

Hadisə Materials 3 Dekabr 2021 19:34 (UTC +04:00)
Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb - SOCAR

Bakı. Trend:

Xəzər dənizində insan qalıqları aşkarlanaraq sudan çıxarılıb.

Bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, cəsəd bir müddət əvvəl tapılıb, sudan çıxarılıb, lakin onun kimliyi hələ bəlli deyil. Hazırda araşdırma aparılır.

SOCAR rəsmisi, həmçinin əlavə edib ki, bu cəsəd dekabrın 1-i itkin düşən SOCAR əməkdaşı deyil.

Qeyd edək ki, SOCAR-ın elektrik montyoru Namazov Mürsəl Həsənəli oğlu Neft Daşlarında itkin düşüb. M. Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Meydançanın perimetri boyu, eləcə də onun yaşadığı yataqxanada axtarış aparılıb, axtarış işlərini davam etdirmək üçün sahəyə dərhal gəmilər və dalğıclar çağırılıb. Dəniz üzərindən uçan helikopterlərə də dənizin səthini daim nəzarətdə saxlamaq göstərişi verilib. Dünən hava şəraiti və dənizdə küləyin güclənməsi ilə əlaqədar axtarış işləri məcburən dayandırılsa da, hazırda dənizdə axtarış işlərinin davam etdirilməsinə cəhd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti