...

Italiyada yaşayış kompleksində partlayışın qurbanlarının sayı 4-ə çatıb

Hadisə Materials 12 Dekabr 2021 23:01 (UTC +04:00)
Italiyada yaşayış kompleksində partlayışın qurbanlarının sayı 4-ə çatıb

Bakı. Trend:

Siciliya adasının cənubundakı Ravanusa şəhərində yaşayış kompleksində baş vermiş partlayış nəticəsində azı 4 nəfər həlak olub.

Trend xəbər verir ki, 50 yaxın insan evsiz qalıb, yerli dövlət qurumları onları müvəqqəti evlə təmin etməyi təklif edib. Dağıntılar altında qaldığı ehtimal edilən 5 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, hadisə şənbə günü gecə baş verib. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub. Partlayışın gücündən qonşuluqdakı üç qeyri-yaşayış binasını dağılıb və daha üç binanın şüşələrini sınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti