...

Gəncədə dilənçilər saxlanılıb

Hadisə Materials 15 Dekabr 2021 10:09 (UTC +04:00)
Gəncədə dilənçilər saxlanılıb

Bakı. Trend:

Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 27 nəfər saxlanılaraq Polis İdarəsinı gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, 16 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti