...

Tərtərdə müştərilərə qəlyan təklif edən kafenin icarədarı cərimələnib

Hadisə 21 Yanvar 2022 10:57 (UTC +04:00)
Tərtərdə müştərilərə qəlyan təklif edən kafenin icarədarı cərimələnib

Bakı. Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən kafe müəyyən edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb və kafenin icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti