...

Üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb

Hadisə Materials 3 Fevral 2022 09:21 (UTC +04:00)
Üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb

Bakı. Trend:

Masallı polisi üzərində silah və narkotik gəzdirən şəxsi yaxalayıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və üzərində odlu silah gəzdirməkdə şübhəli bilinən rayon sakini Cavid Bəyəliyev saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən yarım kiloqrama yaxın narkotik vasitə qurudulmuş marixuana, bir ədəd lüləsi kəsilmiş odlu silah tüfəng və bir ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti