...

AAYDA-nın əməkdaşları Xocavənddə qəzaya düşdü, xəsarət alanlar var

Hadisə Materials 6 Fevral 2022 23:57 (UTC +04:00)
AAYDA-nın əməkdaşları Xocavənddə qəzaya düşdü, xəsarət alanlar var

Bakı. Samir Əli - Trend:

Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumatda bildirilir ki, qəza Xocavənd rayonu ərazisində baş verib.

"Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək", -deyə agentlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti