...

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 21 Fevral 2022 08:09 (UTC +04:00)
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə FHN-dən bildiriblər.

XXX

08:01

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

FHN-dən Trend-ə verilən məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti