...

Sərhədçilər 15 kiloqrama yaxın narkotik keçirmək istəyən şəxsi saxlayıblar (FOTO)

Hadisə Materials 3 Mart 2022 14:06 (UTC +04:00)
Sərhədçilər 15 kiloqrama yaxın narkotik keçirmək istəyən şəxsi saxlayıblar (FOTO)

Bakı. Trend:

Mart ayının 2-də saat 21:05 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində içərisində 1 nəfərin olduğu “VAZ-2107” markalı 19-BK-024 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması, avtomobildəki şəxsin düşərək orada gizlədilmiş idman çantası və bağlama götürməsi sərhəd naryadının diqqətini cəlb edib.

DSX-dən Trend-ə verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən naməlum şəxs saxlanılıb. Onun Füzuli rayon sakini 1961-ci il təvəllüdlü Məmmədov Tahir Məmmədqulu oğlu olması müəyyənləş­dirilib, əlindəki idman çantası və bağlamaya baxış zamanı içərilərində ümumi çəkisi 14 kiloqram 200 qram narkotik vasitə (5800 qram “marixuana”, 4200 qram “heroin”, 2100 qram “tiryək”) və psixotrop tərkibli həblər (1900 ədəd “metadon-40”, 290 ədəd "Gabaprel 300”) aşkar olunaraq götürülüb.

Araşdırma zamanı göstərilən şəxsin eyni cinayətə görə əvvəllər məhkum olması müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti