...

Qəbələdə 23 yaşlı gəlini qətlə yetirən qadın saxlanıldı

Hadisə Materials 6 Mart 2022 18:36 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Qəbələdə 23 yaşlı qadının qətli ilə bağlı bir nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, martın 5-də Qəbələ rayonunda Aytac Əliyevanın qətlə yetirilməsi ilə əlaqədar rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qətli törətməkdə şübhəli bilinən bir nəfər qadın saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq və əməliyyat - axtarış tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti