Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvanın şərqində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, yanğın Millionnaya küçəsində yerləşən binanın 9-cu mərtəbəsində baş verib. Dərhal hadisə yerinə cəlb edilmiş xilasedicilər sakinləri təxliyə ediblər.
Xilasetmə-axtarış işləri zamanı yanğınsöndürənlər mənzildən bir nəfərin meyitini aşkar ediblər.
Yanğının başvermə səbəbləri araşdırılır.