...

Zaqatalada narkotik satışı ilə məşğul olan əcnəbi həbs edilib (FOTO/VİDEO)

Hadisə Materials 22 Mart 2022 12:27 (UTC +04:00)
Zaqatalada narkotik satışı ilə məşğul olan əcnəbi həbs edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Zaqatala Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində güclü təsiredici narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum olunmuş xarici ölkə vətəndaşı, Bakı şəhərində müvəqqəti yaşayan Emil Mamedov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Saxlanılan şəxsin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə baxış keçirilərkən satış məqsədilə avtomobildə daşıdığı külli miqdarda heroin və tiryək, eləcə də 200 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və Emil Mamedov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti