...

Həmkəndlilərinin evindən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 24 Mart 2022 11:10 (UTC +04:00)
Həmkəndlilərinin evindən oğurluq edən şəxs saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb.

Araşdırmalarla onun digər bir həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti