...

ABŞ-ın Kolorado ştatında meşə yanğınlarına görə 20 min insan təxliyə edilib

Hadisə Materials 28 Mart 2022 07:11 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.

Trend xarici KİV-lərə istinadla xəbər verir ki, yanğın şəhərin cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə böyüyüb. Hazırda yanğının müvafiq təyyarələrin də iştirakı ilə yaşayış yerlərinə yaxınlaşmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti