Bakı. Trend:
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Trend-ə Penitensiar Xidmətdən məlumat verilib.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs
edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini
Sara Əvəz qızı İslamova tərəfindən gətirilmiş sovqata baxış
keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq
gizlədilmiş ümumi çəkisi 0,250 qram olan narkotik maddə - heroin
aşkar edilib.
Faktla bağlı araşdırma aparılır