...

Bakıda tikinti şirkəti 3600 manatlıq ağacları kəsib

Hadisə Materials 7 Aprel 2022 09:08 (UTC +04:00)
Bakıda tikinti şirkəti 3600 manatlıq ağacları kəsib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Suraxanı rayonu, Abbas Fətullayev küçəsində ağacların kəsilməsi faktı aşkar edilib.

Trend xəbər verir ki,Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Liman FFD” MMC tərəfindən kəsildiyi və təbiətə 3600 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti