...

Təl-Əvivdə atışma, ölən və yaralananlar var

Hadisə Materials 7 Aprel 2022 23:34 (UTC +04:00)
Təl-Əvivdə atışma, ölən və yaralananlar var

Bakı. Trend:

Cümə axşamı Təl-Əvivin mərkəzində silahlı hücum nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Trend yerli KİV-ə istinadən xəbər verir ki, silahlı hücum restoran və barların yerləşdiyi Dizengoff küçəsində bir neçə yerdə baş verib.

Hadisə yerinə təhlükəsizlik qüvvələri - polis və İDF əsgərləri cəlb olunub və Dizengoff küçəsindəki yaşayış binası mühasirəyə alınıb.

Polis vətəndaşlardan cinayəti törədən şəxs tutulana qədər evdə qalmağı və küçəyə çıxmamağı xahiş edib.

Zərərçəkənlərin yerləşdirildiyi tibb mərkəzinin məlumatına görə, yaralılardan ən azı dördünün vəziyyəti ağırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti