...

Filippində "Meqi" qasırğası nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb

Hadisə Materials 21 Aprel 2022 07:26 (UTC +04:00)

Bakı. Trend:

Filippində "Meqi" tropik qasırğası nəticəsində həyatını itirənləri sayı 224 nəfər çatıb.

Trend xəbər verir ki, bu barədə Risklərin Qarşısının Alınması və Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Şuranın hesabatında deyilir.

Məlumata görə, 2,08 milyondan çox insan təbii fəlakət nəticəsində zərər çəkib. Qasırğa doqquz bölgəyə yayılıb, 175 mindən çox insan 447 təxliyyə məntəqəsində qalmaqda davam edir.

Hazırda 147 nəfər itkin düşmüş hesab olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti