...

Bakıda şadlıq sarayında yanğın olub

Hadisə Materials 14 May 2022 22:58 (UTC +04:00)
Bakıda şadlıq sarayında yanğın olub

Bakı. Trend:

Bakıda şadlıq sarayında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti