...

Bakıda 15 yaşlı qız itkin düşüb

Hadisə Materials 3 İyun 2022 11:42 (UTC +04:00)
Bakıda 15 yaşlı qız itkin düşüb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt sakini S.İsayev Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edərək qızının itkin düşdüyü barədə məlumat verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Şəkildə gördüyünüz 15 yaşlı Xanım Bayramovanın yeri barədə məlumatı olan şəxslərdən Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə 012-440-02-02, 055-805-93-93 telefon nömrələri, həmçinin DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti