...

Banqladeşdə konteyner anbarında baş verən yanğında ölənlərin sayı 15 nəfərə çatıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 5 İyun 2022 08:03 (UTC +04:00)

Bakı. Trend:

Banqladeşin cənub-şərqindəki Sitakunda şəhərində şənbə günü konteyner anbarında başlayan yanğında ən azı 15 nəfər ölüb, 170 nəfər yaralanıb.

Trend "TASS"a istinadla xəbər verir ki, bu barədə bazar günü yerli polisin rəhbəri Abul Kalam Azad məlumat verib.

Onun sözlərinə görə, yaralılar arasında azı 40 yanğınsöndürən və 10 polis əməkdaşı var.

(GMT+4) 05:44

Banqladeşin cənub-şərqində şənbə günü konteyner anbarında baş verən yanğında ən azı 5 nəfər ölüb, 100 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) məlumat yayıb.

Yaralılar arasında 20-yə yaxın insanın vəziyyəti kritik kimi qiymətləndirilir.

Kimyəvi maddələrlə dolu konteynerlər olan və təxminən 600 nəfərin işlədiyi anbar Banqaldeşin Çittaqonq bölgəsinin inzibati mərkəzi Çittaqonq şəhərindən 40 km aralıda yerləşir. Yerli yanğınsöndürmə xidmətinin rəhbərinin sözlərinə görə, yanğın yerli vaxtla təxminən 00:00-da başlayıb.

Alovun söndürülməsi zamanı güclü partlayış baş verib, xəsarət alanlar arasında yanğınsöndürənlər də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti